Müdafiə naziri yeni inzibati binaların açılışında - FOTOLAR+VİDEO

 Müdafiə naziri yeni inzibati binaların açılışında -   FOTOLAR+VİDEO
  28 Dekabr 2019    Oxunub:3798
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dekabrın 28-də hərbi hissələrdən birində qərargah və Təlim Məşq Mərkəzinin yeni inzibati binalarının açılış mərasimi keçirilib.



Mərkəzin fəaliyyəti barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova brifinq təqdim edilib. Məruzə olunub ki, mərkəz müasir və yüksək texnologiyalı simulyator qurğuları quraşdırılmış sinif, bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.



Bildirilib ki, mərkəzdə xüsusi kompüter proqramları ilə təmin olunmuş avadanlıqlar və trenajorlar şəxsi heyətin bilik və bacarıqlarının lazımi səviyyədə saxlanılmasına, tapşırıqlarının real döyüş şəraitinə uyğun, vaxtında və dəqiq yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirilməsinə imkan verir. Təlimatçılar tərəfindən hər bir öyrədilənin ixtisasına uyğun olaraq şərti tapşırıqlar qoyulur, onların tapşırığı yerinə yetirməsi prosesi elektron xəritələrdə izlənilir və qiymətləndirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.





















Azvision.az


Teqlər: Nazir   ZakirHəsənov  





Xəbər lenti