AMEA-nın ümumi yığıncağı keçirilir - Yenilənib

AMEA-nın ümumi yığıncağı keçirilir -  Yenilənib
  28 Dekabr 2019    Oxunub:5706
AMEA Rəyasət Heyətinin binasında akademiyanın Ümumi yığıncağı keçirilir.
Azvision.az xəbər verir ki, yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxildir.

Yığıncaqda AMEA-nın prezidenti Ramiz Mehdiyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Baş nazirin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin müdiri Fərəh Əliyeva və digər şəxslər iştirak edirlər.

Azvision.az


Teqlər: AMEA   Yığıncaq  





Xəbər lenti