YAP Hacı Qalibin oğlunu deputatlığa namizəd seçdi

YAP Hacı Qalibin oğlunu deputatlığa namizəd seçdi
  28 Dekabr 2019    Oxunub:4437
Milli Məclisin sabiq üzvü, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə deputatlığa namizəd olub.
Azvision.az xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Salahzadə Əliabbas Qalib oğlu 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə iştirak edəcək.

Onun namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Ə.Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd olacaq.

Qeyd edək ki, tanınmış iş adamı Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudasıdır.

Azvision.az


Teqlər: Deputat   Namizəd   ƏliabbasSalahzadə  





Xəbər lenti