Saakaşvili Nizami Mərkəzinə qoşuldu

Saakaşvili Nizami Mərkəzinə qoşuldu
  19 Dekabr 2013    Oxunub:936
Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzində təmsil olunacaq
Gürcüstan Respublikasının sabiq prezidenti (2004-2013) Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri sırasına qoşulub. Sabiq dövlət başçılarının təmsil olunduğu Mərkəzə cari ilin noyabrında isə Rumıniyanın sabiq prezidenti (1996-2000) Emil Konstantinesku, Serbiyanın sabiq prezidenti (2004-2012) Boris Tadic, Estoniyanın sabiq prezidenti (2001-2006) Arnold Ruutel, Latviyanın sabiq prezidenti (2007-2011) Valdis Zatlers üzv olmuşlar. Hal-hazırda Mərkəzin sıralarında dünyanın 14 sabiq ölkə başçısı təmsil olunur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq I vitse-prezidenti cənab İsmail Serageldinin rəhbərliyi ilə dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimləri tərəfindən yaradılmışdır. Mərkəzin fəaliyyətinin prioritetini Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi irsinin dünyada tanınması və təbliği təşkil edir. Mərkəz tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər YUNESKO tərəfindən yüksək qiymətləndirilərək türk, yunan, hind, fars və kürd xalqları arasında dialoqun qurulmasında önəmli rol oynadığı vurğulanılır.



Teqlər:  





Xəbər lenti