Narkomanlığa qarşı mübarizə gücləndirilir

Narkomanlığa qarşı mübarizə gücləndirilir
  27 Dekabr 2019    Oxunub:3146
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, cəzaçəkmə müəssisələrində antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2020-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan Azvision.az -a verilən məlumata görə, Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin mövzusu, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

2020-ci il ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər, cəza çəkən məhkumlar arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda, eləcə də müvafiq videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək.

Azvision.az


Teqlər: Narkoman  





Xəbər lenti