Bu il milli parklara 100 mindən çox turist səfər edib

 Bu il milli parklara 100 mindən çox turist səfər edib
  27 Dekabr 2019    Oxunub:2951
Azərbaycanın milli parklarına 2019-cu il ərzində 104 276 turist səfər edib, bunların 93 804-ü yerli, 10 472-si isə xarici vətəndaş olub. Ötən illə müqayisədə, bu il milli parklara gələn ziyarətçilərin sayında artım müşahidə edilib. 2018-ci ildə ziyarətçilərin sayı 79 997 olub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova bildirib.

A.Səmədovanın sözlərinə görə, milli parklara gələn turistlərin sayının artmasına səbəb ilk növbədə aparılan təbliğat işləri, eyni zamanda bu ildən milli parklarda müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng kütləvi tədbirlərin təşkil olunmasıdır.

O, qeyd edib ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının "xidmətlər" bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.

Azvision.az



Teqlər: ETSN   Milli-Park  





Xəbər lenti