“Müsabiqənin qaliblərinə iş təklifləri də olacaq” - Fərəh Əliyeva

“Müsabiqənin qaliblərinə iş təklifləri də olacaq” -     Fərəh Əliyeva
  27 Dekabr 2019    Oxunub:5730
“Yüksəliş” müsabiqəsinin son mərhələsinə gəlib çıxan iştirakçıların həyatı və taleyi ilə maraqlanacağıq”
Azvision.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi həmin şəxslərin karyeralarında yüksəliş strategiyalarına nəzarət edəcək: “Biz ölkədə idarəetmədə və idarəçilikdə lazım olan kadrların potenisallarını üzə çıxarmaq üçün bu müsabiqəni yaratmışıq. Burada söhbət müəyyən mənada həmin insanların seçilməsi deyil, müəyyən mərhələlərdən sonra onların taleyi ilə maraqlanmaqdır. Əminəm ki, müsabiqənin qaliblərinə iş təklifləri də olacaq. Artıq belə bir maraq duyuruq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Yüksəliş   Fərəh-Əliyeva  





Xəbər lenti