“Yüksəliş” müsabiqəsi islahatlar kursunun bir halqasıdır - PA-nın şöbə müdiri

“Yüksəliş” müsabiqəsi islahatlar kursunun bir halqasıdır -   PA-nın şöbə müdiri
  27 Dekabr 2019    Oxunub:3879
“Yüksəliş” müsabiqəsinin keçirilməsi dövlət başçısının Azərbaycanda aparılan sistemli islahatlar kursunun bir halqasıdır.
Azvision.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

“İdarəçilik vərdişləri olan və öz potensialına inanan insanları müsabiqəyə dəvət edirik. Müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfvə verəcək”, - deyə F.Əliyeva vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: PA   Yüksəliş   Müsabiqə   Fərəh-Əliyeva  





Xəbər lenti