Ağstafada partlamamış top mərmisi aşkarlanıb - FOTO

Ağstafada partlamamış top mərmisi aşkarlanıb -    FOTO
  25 Dekabr 2019    Oxunub:2534
Ağstafa rayonunun Ağgöl kəndi ərazisində mərmi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Azvision.az -a bildirilib ki, barədə məlumat Dövlət Sərhəd Xidmətindən Agentliyə daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub, silahdan atıldığına və partlamadığına görə Agentliyin mütəxəssisləri tərəfindən partlayış yolu ilə yerində zərərsizləşdirilib.





Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti