Naxçıvanda seçici fəallığı 41.4 faiz olub

Naxçıvanda seçici fəallığı 41.4 faiz olub
  24 Dekabr 2019    Oxunub:2722
Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb. Hazırda məntəqələrdə səslərin sayılması prosesi başlayıb.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası üzrə 112 min 277 seçici seçkilərə qatılıb və bu, ümumi seçicilərin 41.4 faizini təşkil edib.

Saat 19:00-a qədər muxtar respublikada fəaliyyət göstərən Seçki Dairələrində səsvermənin mənzərəsi aşağıdakı kimidir:

1 saylı Şərur-Sədərək seçki dairəsi- 16 800 seçici iştirak edib- yəni 43.5% ;

2 saylı Şərur seçki dairəsi 17904 seçici – yəni 41.5%;

3 saylı Babək- Kəngərli- Naxçıvan seçki dairəsi – 18128 seçici – yəni 41.9%;

4 saylı Naxçıvan seçki dairəsi - 18449 seçici – yəni 41.5% ;

5 saylı Şahbuz-Babək seçki dairəsi- 12252 seçici –yəni 40.7 %;

6 saylı Culfa-Babək seçki dairəsi – 14831 seçici – yəni 40.2%;

7 saylı Ordubad-Culfa seçki dairəsi 13912 seçici - yəni 39.7%.

Azvision.az



Teqlər: Naxçıvan   Seçki  





Xəbər lenti