Özünü Kürə atan şəxsi polislər xilas etdi

Özünü Kürə atan şəxsi polislər xilas etdi
  23 Dekabr 2019    Oxunub:2508
Dekabrın 21-də saat 19 radələrində Mingəçevir şəhəri ərazisində Kür çayının üzərindəki körpüdən bir nəfər özünü suya atıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Mingəçevir Şəhər Mühafizə Şöbəsinin ərazidə xidmət aparan əməkdaşlarının operativliyi və çevikliyi sayəsində vətəndaş sudan çıxarılıb, ona xəstəxanada ilkin tibbi yardım göstərilib.

Həmin şəxsin Mingəçevir şəhər sakini V.Əmirov olduğu müəyyən edilib. Faktla bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Mingəçevir   Kür   Çay  





Xəbər lenti