Saat 12:00 - Ən fəal seçicilər hansı rayondadır?

  Saat 12:00  - Ən fəal seçicilər hansı rayondadır?
  23 Dekabr 2019    Oxunub:4009
Bələdiyyə seçkilərində indiyədək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb.

Azvision.az xəbər verir ki, saat 12:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 2 saylı Şərur Seçki Dairəsidir. Bu seçki dairəsində 43 min 142 seçicidən 11 min 907 nəfəri (27.60 %) səsvermədə iştirak edib.
Seçici fəallığının ən aşağı olduğu dairə 47 saylı Mingəçevir Seçki Dairəsidir. Bu dairədə 37 min 732 seçicidən 4 min 908 nəfəri (13.01 %) səs verib.

Bundan əlavə, saat 12:00-a olan məlumata əsasən, Azərbaycanda 4 milyon 972 min 356 seçicidən 898 542 nəfəri (18.01 %) səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Seçki   Bələdiyyə   MSK  





Xəbər lenti