Onlar da səs verdilər - FOTOLAR (YENİLƏNİB)

Onlar da səs verdilər -  FOTOLAR (YENİLƏNİB)
  23 Dekabr 2019    Oxunub:10017
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
Azvision.az -ın əməkdaşları 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 4 və 5 saylı seçki məntəqəsində olublar. Hazırda məntəqələrdə seçici aktivliyi müşahidə edilir.

Sözügedən seçki məntəqəsində səsverən şəxslər arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, millət vəkili Fəttah Heydərov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı da olub.



















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Seçki  





Xəbər lenti