Təkliyə qapılan Xalq artisti: “Xəstələnib yatağa düşmüşəm”
Bunu Azvision.az -a Xalq artisti Səfurə İbrahimova deyib. İllərdir ki, nə həmkarları, nə də yaxın qohumları ilə əlaqə saxlayan aktrisa vəziyyətinin yaxşı olmadığını bildirib.
Aktrisa səhhətindəki problemə görə Yeni il bayramını qeyd etməyi düşünmür: “Sağalmağım mənim üçün bayramdan önəmlidir. Təkəm, qulluq edənim, qarşıma bir stəkan çay qoyanım yoxdur. Artıq təkliyə, kimsəsizliyə öyrəşmişəm. Kimdənsə nəsə ummuram. Yeni il hamıya düşərli olsun. Bayramda özüm üçün süfrə açmayacağam. Müalicəyə getməliyəm. Bir az gözləyirəm ki, vəziyyətim yaxşı olsun. Ayaqlarımda damar genişlənməsi var, bu da mənə çox əziyyət verir. Bakıda həkimə müraciət etmişdim. Yazdığı müalicənin hələki bir effektini görmədim. Yaxşı həkimlər də var, amma mən tanımıram. Yaxşı həkim olsa, özüm gedə bilərəm. Xəstəlik məni əldən salıb. Belə olanda nə yeyirəm, nə içirəm,nə danışıram”.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Səfurəİbrahimova Xalq-artisti