Daha iki qanun layihəsi Milli Məclisə təqdim olunub

Daha iki qanun layihəsi Milli Məclisə təqdim olunub
  18 Dekabr 2013    Oxunub:785
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında iki məsələyə baxılıb.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az- a verilən məlumata görə, öncə Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərovun məlumatı dinlənilib.

I vitse-spiker bildirib ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə” sənəd faktiki olaraq on il əvvəl imzalanmış sazişin müddətinin daha beş il uzadılmasını nəzərdə tutur.

Bu sazişin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasını vacib sayyıblar.

Sonra Ziyafət Əsgərov gündəlikdəki ikinci məsələni – “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” qanun layihəsini şərh etdbi. Bildirib ki, sənədə edilən dəyişikliklər qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətindən irəli gəlir və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədardır.

Müzakirələrdə komitə üzvləri Elman Məmmədov, Hacı Salayev, komitə sədrinin müavini Aydın Mirzəzadə rəylərini bildiriblər.
Yekunda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AzVision.az






Teqlər:





Xəbər lenti