"Azərişıq" seçkiyə görə təmir-bərpa işlərini təxirə salıb

"Azərişıq" seçkiyə görə təmir-bərpa işlərini təxirə salıb
  22 Dekabr 2019    Oxunub:2096
"Azərişıq" ASC sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyetli elektrik enerjisi ilə təchiz edəcək.
Qurumdan Azvision.az -a daxil olan məlumatda bildirilib ki, artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb.

Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq.

Azvision.az



Teqlər: Azərişıq   Seçki   İşıq  





Xəbər lenti