Xidmət rəisi Azərbaycan icmalarının nümayəndələri ilə görüşüb

Xidmət rəisi Azərbaycan icmalarının nümayəndələri ilə görüşüb
  21 Dekabr 2019    Oxunub:2935
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Liderliyin İnkişaf Proqramı” layihəsi çərçivəsində ölkəmizə səfəri təşkil olunan Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmalarını təmsil edən nümayəndə heyəti ilə görüşüb.
Azvision.az xəbər verir ki, qonaqları səmimi salamlayan Xidmət rəisi Azərbaycanın həyata keçirdiyi miqrasiya siyasəti, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, emiqrasiya və daxili miqrasiya proseslərinin tənzimlənməsi, proqnozlaşdırılması və təhlil edilməsi Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri sırasına daxildir.



Vüsal Hüseynov Azərbaycanın miqrasiya prosedurları barədə məlumatların xaricdə yaşayan vətəndaşlarımıza çatdırılması istiqamətində diasporla birgə işlərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Xiidmət rəisi bu istiqamətdə vətəndaşlarımızın maarifləndirilməsində, eləcə də onların hüquqlarının müdafiəsində əməkdaşlığın önəmini qeyd edib və yüksək qiymətləndirib.



Nümayəndə heyəti səmimi qəbula görə Vüsal Hüseynova təşəkkürünü bildirib, əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov  





Xəbər lenti