Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir

Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir
  21 Dekabr 2019    Oxunub:2522
Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı”nın dəstəyi ilə Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün “Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, kursun əsas məqsədi müxtəlif dövlət qurumlarında çalışan kibertəhlükəsizlik mütəxəssislərinin biliklərinin təkmilləşdirilməsi və onların müasir qlobal çağırışlara qarşı hazırlıqlarının artırılmasıdır.

Dekabrın 28-dək davam edəcək tədbirin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Təlim  





Xəbər lenti