Gəncədə mikroavtobus, Bakıda “Kia” yanıb

Gəncədə mikroavtobus, Bakıda “Kia” yanıb
  21 Dekabr 2019    Oxunub:2344
Gəncə şəhərinin Kəpəz rayonunda "QAZel" markalı mikroavtobusun salon hissəsi qismən yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Nəsimi rayonunda isə "Kia" markalı minik avtomobilinin arxa hissəsi və iki ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın   Maşın  





Xəbər lenti