Azərbaycanda İsrailin döyüş təyyarələri yerləşdirilməyib - RƏSMİ
“Təəssüflər olsun ki, bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib. Bu baxımdan yayılan məlumat iftiradır, yalandır və heç bir əsası yoxdur”, - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: Müdafiə-Nazirliyi İsrail Təyyarə