Hacıqabul gölü bərpa ediləcək

 Hacıqabul gölü bərpa ediləcək
  20 Dekabr 2019    Oxunub:4771
Bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, Hacıqabul gölünün bərpası prosesi başlanacaq.
Azvision.az xəbər verir ki, bunu Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, ekspertiza idarəsinə rəy alınması üçün təqdim olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan “Yuxarı Şirvan kanalının yenidən qurulması” layihəsidir.

"Bunun da icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təhciz olunacaq, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq. Digər tərəfdən, indiyədək mövcud olan köhnə kanal ləğv ediləcək. Betonlaşdırılmamış köhnə Şirvan kanalında sızmalar nəticəsində daimi su itkisi baş verirdi və ətraf torpaqların şoranlaşması prosesi gedirdi. Bizim tərəfimizdən də aparılan araşdırmalar göstərir ki, bu layihənin iqtisadi, sosial əhəmiyyəti ilə yanaşı, həm də böyük ekoloji əhəmiyyəti olacaq".

ETSN rəsmisi qeyd edib ki, su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq: "Çünki yeni çəkiləcək Yuxarı Şirvan kanalından ekoloqların, ETSN-nin tövsiyəsi ilə Hacıqabul gölünə ayrıca qol çəkiləcək. Əlbəttə ki, bu layihəyə də rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq. Çünki birinci mərhələdə 4,7 kilometr ərazidə qazıntı, tikinti işləri gedəcək və ətraf mühitə müəyyən təsirlər göstəriləcək. Amma göründüyü kimi yəqin ki, dinləmələrdə də layihənin daha böyük əhəmiyyəti nəzərə alınacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hacıqabulgölü   Bərpa   ETSN  





Xəbər lenti