Subsidiyalar yalnız elektron sistem vasitəsilə veriləcək

Subsidiyalar yalnız elektron sistem vasitəsilə veriləcək
  20 Dekabr 2019    Oxunub:1922
Gələn ildən fermerlərə subsidiyalar yalnız elektron kənd təsərrüfatı sistemi ilə veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov dekabrın 20-də keçirilən Xarici Ticarət İştirakçılarının II Respublika Forumunda deyib.

Nazir bildirib ki, cari ildə 430 min fermer elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçib. 270 min fermer isə payızlıq əkin üzrə bəyanatını təqdim edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İnam-Kərimov  





Xəbər lenti