XİN: Avropa İttifaqı ilə əməkdaşlığa böyük əhəmiyyət veririk

   XİN:    Avropa İttifaqı ilə əməkdaşlığa böyük əhəmiyyət veririk
  20 Dekabr 2019    Oxunub:3157
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıblar və maraq doğuran sahələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı həmçinin Azərbaycanla Aİ arasında yeni Saziş mətninin razılaşdırılması üzrə aparılan danışıqların cari vəziyyəti müzakirə edilib.

Jan-Kristof Belliard Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın mövcüd durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Elmar Məmmədyarov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini və buna böyük əhəmiyyətin verildiyini qeyd edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti