Vəkil olmaq istəyənlərin nəzərinə!

Vəkil olmaq istəyənlərin nəzərinə!
  19 Dekabr 2019    Oxunub:2178
Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə yeni üzvlərin qəbulu üçün şərait yaradılması tövsiyə olunub.
Vəkillərin İxtisas Komissiyasından Azvision.az -a verilən məlumata görə, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən gələn il yanvarın 31-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq və elektronlaşdırılmış qaydada həyata keçiriləcək imtahanda 245 namizəd iştirak edəcək.

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 192 namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olduğunu nəzərə almalıdırlar.

Əlavə məlumat üçün 012 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Azvision.az


Teqlər: Vəkil  





Xəbər lenti