“Rezidentlərin 50 faizdən çoxu regionlara göndərilib” - Nazir müavini

  “Rezidentlərin 50 faizdən çoxu regionlara göndərilib” -   Nazir müavini
  19 Dekabr 2019    Oxunub:1965
"Hər il noyabr-dekabr aylarında rezidentlərin bölgələrə təyinatı olur. Keçən il rezidentlərin 60 faizi regionlara göndərilib".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. Onun sözlərinə görə, bu il 50 faizdən çox rezident təyinatla regionlara göndərilib:

"İstər inkişaf etmiş, istərsə də inkişaf etməmiş ölkələrdə regionlarda həkim qıtlığı dövlətin problemidir. Həkimlərin regionlarda qalması üçün əlimizdən gələni edirik. Bir müddət əvvəl stimullaşdırıcı tədbirlər gördük. Maaşdan əlavə onlara həvəsləndirici məbləğ verilirdi və evlə təmin olunurdular".

Nazir müavini qeyd edib ki, belə bir proqramın yenidən həyata keçirilməsi gözlənilir: "Hələ ki, bu tədbirlər təsdiqlənməyib. Bölgələrə təyinat alan rezidentlər 3 il müddətində məcburi olaraq orada fəaliyyət göstərməlidirlər. Kimsə işləyə bilirsə qalır, qalmaq istəməyəni isə məcbur edə bilmərik. Çünki artıq müqaviləsi bitir. Amma yeni rezidentlər həmin bölgələrə göndərilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir-müavini   Səhiyyə-Nazirliyi  





Xəbər lenti