Ülvi Mehdiyev: “Daha çox ölkəyə “ASAN xidmət”i ixrac edə bilərik”

 Ülvi Mehdiyev:  “Daha çox ölkəyə “ASAN xidmət”i ixrac edə bilərik”
  19 Dekabr 2019    Oxunub:4969
Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan BMT-nin dövlət xidmətləri göstərən qurumlarının Beynəlxalq ASAN Assosiasiyasının iclası dekabrın 24-də keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentlik sədri bildirib ki, iclasda Assosiasiyanın nizamnaməsi təsdiq olunacaq: "Beləliklə, "ASAN xidmət" öz konseptini ixrac etmək üçün daha bir platforma əldə edəcək. Bu Assosiasiya imkanları hesabına daha çox ölkəyə "ASAN xidmət"i ixrac edə bilərik. Hazırda 8 ölkədə "ASAN xidmət" konseptinin implementasiyası işləri gedir. Artıq bu ölkələrdən biri olan Əfqanıstanda işlər bitib və orada "ASAN xidmət" fəaliyyətə başlayıb".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti