Konstitusiyaya dəyişiklik edildi

Konstitusiyaya dəyişiklik edildi
  13 Mart 2013    Oxunub:1269
Radio və televiziyada siyasi təbliğat qadağan olunub.
Macarıstan hökumətinin konstitusiyada dəyişiklər etməsi Avropa Birliyində ciddi narazılığa səbəb olub. Məsələ burasındadır ki, parlamentin qəbul etdiyi dəyişikliklər Konstitusiya məhkəməsinin səlahiyyətlərini məhdudlaşdırır, radio və televiziyada siyasi təbliğatı qadağan edir. Üstəlik yeni qanunlara görə, ali təhsil məzunları məcburi olaraq bir neçə il ərzində yerli müəssisələrdə çalışmalıdır.

Avropa Parlamentinin nümayəndələri isə bu dəyişiklikləri ümumavropa dəyərlərinin, insan hüquq və azadlıqlarının pozulması kimi qiymətləndiriblər. Macarıstan hakimiyyəti bəyan edib ki, əsas qanunda düzəlişlər ölkənin daxili işidir və bu məsələni onlar özləri həll edəcəklər.


Teqlər:  





Xəbər lenti