Keşlədə su olmayacaq

Keşlədə su olmayacaq
  19 Dekabr 2019    Oxunub:2667
Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilir.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar 19 dekabr 2019-cu il tarixində gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az



Teqlər: Keşlə   Azərsu  





Xəbər lenti