“Xocavənd” tankeri təmirdən sonra istismara qaytarılıb - FOTO

“Xocavənd” tankeri təmirdən sonra istismara qaytarılıb -    FOTO
  19 Dekabr 2019    Oxunub:2737
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Xocavənd” tankeri əsaslı təmir olunub.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, “Zığ” gəmi təmiri və tikintisi zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, vaqon göyərtəsi təmizlənərək rənglənib. Gəminin baş və köməkçi mühərrikləri, nasosları təmir olunub. Bununla belə, baş mühərrikdə 1 ədəd dirsəkli val dəyişdirilib, bir köməkçi mühərrik yenisi ilə əvəzlənib.

Gəmi üzrə gövdə qaynaq, boru quraşdırma, avtomatika və elektrik quraşdırma, izolyasiya işləri yerinə yetirilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

Qeyd edək ki, “Xocavənd” gəmisi 2003-cü ildən Xəzər dənizində maye yükdaşımalarına öz töhfəsini verir.



Azvision.az



Teqlər: ASCO   Tanker   Təmir  





Xəbər lenti