Sabah bəzi yerlərdə işıq olmayacaq

Sabah bəzi yerlərdə işıq olmayacaq
  18 Dekabr 2019    Oxunub:3554
Sabah saat 11:30-dan 14:00-a qədər Abşeron rayonunun Saray qəsəbəsinin bəzi ərazilərinin (badam bağları), eləcə də Novxanı qəsəbəsinin bir hissəsinin elektrik enerjisi təchizatında qısamuddətli fasilə yaranacaq.
Bu barədə Azvision.az -a Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib

Onun sözlərinə görə, fasiləyə səbəb Sumqayıt 110/35/10 kVt-luq yarımstansiyasından çıxan və Saray qəsəbəsinin bəzi ərazilərini qidalandıran iki dövrəli 10 kVt-luq “Saray 3” və “Saray 8” xətlərində aparılan yenidənqurma işləridir.

Azvision.az


Teqlər: Azərişıq  





Xəbər lenti