Bakıda diplomatik korpus rəhbərləri ilə görüş keçirildi

Bakıda diplomatik korpus rəhbərləri ilə görüş keçirildi
  18 Dekabr 2019    Oxunub:4067
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə dekabrın 18-də cari ilin yekunlarına həsr olunan görüş təşkil edilib.
Azvision.az xəbər verir ki, görüşdə çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın 2019-ci il ərzində həyata keçirdiyi xarici siyasət və bu istiqamətdə əldə olunan nailiyyətlər barədə danışıb. Nazir əsas diqqəti ölkəmizin xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə ayırıb. O, ölkəmizin cari il ərzində davam etdirilən uğurlu xarici siyasətinin, o cümlədən həyata keçirilən yüksək səviyyəli səfərlərin, paytaxtımızda təşkil olunan beynəlxalq tədbirlərin, qəbul olunmuş mühüm sənədlərin və imzalanmış ikitərəfli razılaşmaların nəinki bölgəmizdə, həmçinin geniş beynəlxalq müstəvidə sülh və təhlükəsizliyin, davamlı inkişafın təmin olunmasına xidmət etdiyini deyib.

Nazir ikitərəfli münasibətlərin inkişafı istiqamətində diplomatik korpusun səylərini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinə və həmin ölkələrin dövlət başçılarına təbriklərini çatdırıb.

Tədbirdə diplomatik korpusun adından Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim çıxış edib. O, Azərbaycandakı diplomatik korpusun fəaliyyəti üçün yaradılan şəraiti yüksək dəyərləndirib.

Sonda Azərbaycanın diplomatik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azvision.az


Teqlər: ElmarMəmmədyarov  





Xəbər lenti