Fərəc Quliyev seçkidə namizəd olmayacaq? - Açıqlama

Fərəc Quliyev seçkidə namizəd olmayacaq? -  Açıqlama
  18 Dekabr 2019    Oxunub:6124
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) 9 fevral 2020-ci il tarixinə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısını açıqlayıb. Siyahıda partiyanı Milli Məclisdə təmsil edən sədr Fərəc Quliyevin adının olmaması diqqət çəkib.
Azvision.az məsələ ilə bağlı Fərəc Quliyevlə əlaqə saxlayıb. O bildirib ki, açıqlanan siyahı ilkindir və növbədənkənar parlament seçkilərində iştirak edəcək.

"Mən də namizədliyimi irəli sürəcəyəm. Hazırda biz dairələr üzrə namizədlərimizi müəyyənləşdiririk. Tam siyahıda mənim də namizəd olacağım dairə açıqlanacaq", - deyə F.Quliyev bildirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MDHP   Parlament   Seçki  





Xəbər lenti