Elvin İsayev ictimaiyyətə müraciət etdi - FOTO
O, müraciətində etdiyi cinayətlərə görə tutulduğunu, hüquqlarının vəkili tərəfindən müdafiə olunduğunu və ona hər hansı təzyiqin edilmədiyini, törətdiyi əməllərin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb.
Elvin İsayevin vəkili Gülarə İlyasovanın vasitəsilə redaksiyamıza ünvanladığı müraciətinin şəklini və mətnini təqdim edirik:
“Hamıya deyirəm ki, mən Rusiyada elədiklərimin cinayət olduğunu anlamışam, elə buna görə də tutulmuşam. Mənim özümün vəkilim var. Vəkilim məni lazımi qədər müdafiə eləyir. Özüm də özümü müdafiə eləyirəm. Öz elədiklərimə özüm cavab verərəm. Mənə qarşı qanunsuz hərəkətlər və ya təzyiqlər olmayıb. Heç nəyə məcbur eləyən və incidən yoxdur.
Hamıya müraciət edirəm ki, mənim işimə heç kim qarışmasın, mənim adımdan danışmasın. Heç kim mənim işimi, əməlimi siyasiləşdirməsin. Xahiş edirəm, bu müraciətim hamıya çatdırılsın. Müraciətimi vəkilim Gülarə İlyasovanın vasitəsi ilə yayıram.
İmza: İsayev.E.İ
16.12.2019.
Bakı şəhəri
Müdafiəçi: Gülarə İlyasova 16.12.2019-cu il ”
Teqlər: Elvin-İsayev