“Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur” - DİM sədri

 “Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur” -    DİM sədri
  18 Dekabr 2019    Oxunub:3553
"Bu gün repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. DİM sədrinin sözlərinə görə, elə valideynlər var ki, onlar övladlarının əlavə dil biliklərinə yiyələnməsini istəyirlər:

"Bu səbəbdən də repititorlara müraciət edilər. Misal üçün, uşaq məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə dil olaraq fransız dilini öyrənmək istəyir. Bu halda repetitorlara müraciət edirlər. Belə hallar olduqca repetitorlar da olacaq. İnkişaf etmiş ölkələrdə də müxtəlif repetitorlar olur. Kimsə musiqi, rəsmlə məşğul olmaq istəyir. Ona görə də repetitorlara müraciət edir".

M.Abbaszadə deyib ki, repetitorların məktəbi əvəz etməsi düzgün deyil: "Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır. Hər hansı qanunla bunun qarşısını almaq mümkün deyil".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Sədr   MəleykəAbbaszadə  





Xəbər lenti