Azərbaycanda ölüm səviyyəsi azalıb

Azərbaycanda ölüm səviyyəsi azalıb
  18 Dekabr 2019    Oxunub:2595
2019-cu ilin 10 ayı ərzində Azərbaycanda 46403 ölüm halı qeydə alınıb.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb.

Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117 752 doğulan körpə qeydə alınıb. Ümumilikdə, ilin əvvəlindən Azərbaycan üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10 053 145 nəfərə çatıb.

Azvision.az



Teqlər: Komitə   Ölüm  





Xəbər lenti