Bu il 2774 əkiz, 78 üçəm, 4 dördəm doğulub

   Bu il 2774 əkiz, 78 üçəm, 4 dördəm doğulub
  18 Dekabr 2019    Oxunub:2847
Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117752 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəm doğulanlardır.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti