Bu il Azərbaycan əhalisinin sayı 71 min nəfərdən çox artıb

   Bu il Azərbaycan əhalisinin sayı 71 min nəfərdən çox artıb
  18 Dekabr 2019    Oxunub:2257
İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10053145 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumat məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117752 doğulan körpə qeydə alının və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalmışdır. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəm doğulanlardır.

Azvision.az



Teqlər: Statistika   Əhali  





Xəbər lenti