Liftdə qalan 7 nəfər xilas edilib

Liftdə qalan 7 nəfər xilas edilib
  18 Dekabr 2019    Oxunub:1902
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Suraxanı və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az



Teqlər: FHN   Xilasetmə   Lift  





Xəbər lenti