İlham Əliyev Qətər Əmirini təbrik edib
"Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Qətər əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm".
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident Qətər Şeyx