İlk avtobus Cocuq Mərcanlıya yola düşdü

   İlk avtobus Cocuq Mərcanlıya yola düşdü
  17 Dekabr 2019    Oxunub:2073
Cocuq Mərcanlıya ilk avtobus reysi işə salınıb.
Azvision.az xəbər verir ki, bunu Dövlət Avtomobili Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, Sumqayıtdan Cocuq Mərcanlıya ilk avtobus yola düşüb.

Qeyd edək ki, müntəzəm marşrut xətləri Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən fəaliyyət göstərəcək. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq.

"Mingəçevir-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə "Sumqayıt-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.

Azvision.az


Teqlər: CocuqMərcanlı   Cəbrayıl   Avtobus  





Xəbər lenti