Bakı polisi piyadalara müraciət edib

   Bakı polisi piyadalara müraciət edib
  17 Dekabr 2019    Oxunub:1954
Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan inzibati xətaların aradan qaldırılması diqqət mərkəzindədir.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumatda deyilir ki, avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti – sürücü, piyada məsuliyyətidir.

"Hər bir şəxs qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməlidir. Qanunlara əməl etmək əməl etməməkdən daha asan olmaqla insan həyatının təhlükəsizliyinə zəmanət verir".




Azvision.az


Teqlər: BŞBPİ   Piyada  





Xəbər lenti