Şurada 26 dövlət qurumunun eksperti ilə görüş keçirildi

Şurada 26 dövlət qurumunun eksperti ilə görüş keçirildi
  17 Dekabr 2019    Oxunub:1952
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında birgə qrant müsabiqəsi keçirilən 26 qurumun (nazirlik, xidmət, televiziya, agentlik, mərkəz və s.) səlahiyyətli nümayəndəsi və eksperti ilə görüş keçirilib.
Azvision.az xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev 2020-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunan qrant müsabiqələrinin bütün mərhələlərinin bərabərhüquqlu tərəf kimi müvafiq qurumlarla birgə keçiriləcəyini deyib.

Azay Quliyev QHT layihələrinin qiymətləndirilməsi qaydası, e-vətəndaş proqramı və ekspertizanın strukturu barədə də ətraflı məlumat verib. Şura sədri 26 qurumun hər birini vətəndaşların layihələri qiymətləndirməsi qaydaları ilə bağlı məlumatın ictimaiyyətə çatdırılmasında fəal olmağa çağırıb.

Tədbirdə layihələrin maliyyələşməsi ilə bağlı qərarların qəbulunda əsas götürülən qiymətləndirmə meyarları barədə Şuranın hazırladığı videoçarx nümayiş etdirilib.

Şura Katibliyinin əməkdaşı Elnur Bağırlı SƏLİS-ə daxil olan yeni e-Ekspertiza proqramını tədbir iştirakçılarına təqdim edib.

Tədbirin sonunda Şuraya ünvanlanan suallar cavablandırılıb.

Azvision.az



Teqlər: QHT   Şura   Azay-Quliyev  





Xəbər lenti