Zelenski Azərbaycana gəldi - FOTO

   Zelenski Azərbaycana gəldi -  FOTO
  16 Dekabr 2019    Oxunub:4038
Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Azvision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.



Azvision.az




Teqlər: Ukrayna   Zelenski   Səfər  





Xəbər lenti