Bu il boğulma təhlükəsi ilə üzləşən 261 nəfər xilas edilib

Bu il boğulma təhlükəsi ilə üzləşən 261 nəfər xilas edilib
  16 Dekabr 2019    Oxunub:1695
Respublika ərazisində nəzarət olunan və olunmayan çimərlik ərazilərində boğulma təhlükəsi ilə üzləşən 261 nəfər xilas edilib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu ilin 11 ayı ərzində nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində boğulma təhlükəsi ilə üzləşən 138 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 123 nəfər olmaqla, cəmi 261 nəfər vətəndaş xilas edilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti