Bakıda Qazaxıstanın 3 gəmisi təmir olunub

Bakıda Qazaxıstanın 3 gəmisi təmir olunub
  16 Dekabr 2019    Oxunub:1866
Bakı Gəmiqayırma Zavodunda qonşu ölkələrdən gətirilən gəmilər də əsaslı şəkildə təmir olunur.
Azvision.az xəbər verir ki, bunu zavodun baş meneceri İmanverdi Həsənov deyib. Onun sözlərinə görə, zavodda bu günə qədər Qazaxıstandan gətirilən 3 gəmi təmir olunub və müəyyən hissələri birləşdirilib.

İ.Həsənov, həmçinin qeyd edib ki, Bakı Gəmiqayırma Zavodunun istehsal gücü böyük olduğu üçün burada uzunluğu 250 metr, yük götürmə qabiliyyəti 70 min tona qədər olan tanker gəmilərini inşa etmək mümkündür: "Bizim zavod Xəzər dənizində yeganə zavoddur ki, belə gəmiləri inşa edirik və biz buna hazırıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Gəmi   Zavod  





Xəbər lenti