Bu il 15638 yanğın hadisəsi qeydə alınıb

Bu il 15638 yanğın hadisəsi qeydə alınıb
  16 Dekabr 2019    Oxunub:2688
2019-cu ilin 11 ayı ərzində müxtəlif qəza və köməksiz vəziyyətdə olan insanların xilas edilməsi, yanğından mühafizə, su hövzələrində xilasetmə və digər məsələlərlə bağlı “112” qaynar telefon xəttinə ümumilikdə 95 minə yaxın zəng daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib.

Qeyd olunub ki, respublikada 15638, o cümlədən Bakı şəhərində 4266 yanğın hadisəsi qeydə alınıb. Onlardan 21 yanğın hadisəsi yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 47 yanğın hadisəsinə çıxış qeydə alınıb, hər 6 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. Ümumilikdə 1472 hektara yaxın taxıl zəmisi, həmçinin, 400 min kvadratmetrdən artıq tikili sahəsi yanğından mühafizə olunub, meşəlik ərazilərdə baş vermiş yanğınlar Aviasiya dəstəsinin təyyarə və helikopterləri, Mülki müdafiə qoşunları və regional mərkəzlərin qüvvələri cəlb edilməklə geniş ərazilərə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib.

Yanğınların söndürülməsi zamanı 86 dövlət obyekti, 323 özəl obyekt, 346 çoxmənzilli bina, 526 fərdi ev, 480 yardımçı tikili, 276 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1030 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti