“Kəlbəcər” tankeri gələn il istifadəyə veriləcək

 “Kəlbəcər” tankeri gələn il istifadəyə veriləcək
  16 Dekabr 2019    Oxunub:4703
“Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən növbəti tanker demək olar ki, hazırdır. Tankerin son tamamlanma işləri aparılır.

Azvision.az xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib. Onun sözlərinə görə, yeni tanker "Kəlbəcər" adı altında təqdim olunacaq.
M.Mehdiyev, həmçinin qeyd edib ki, gələn il tankerin istifadəyə verilməsi gözlənilir: ""Kəlbəcər" adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır. Zavodda hazırlanan tankerlərin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etsinlər. Ümumilikdə, Xəzər Dəniz Gəmiçiliyinin Azərbaycan bayrağı altında dünya sularında üzən 14 gəmisi var. Onlardan 12-i quru yük gəmisi, 2-si isə tankerdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Kəlbəcər   Tanker  





Xəbər lenti