Təhsil və müalicə xərcləri ilə bağlı vergi güzəşti

  15 Dekabr 2019    Oxunub : 1597
Təhsil və müalicə xərcləri ilə bağlı vergi güzəşti
Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Bu barədə Azvision.az -a Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən məlumat verilib. Bildirilib ki, Vergi Məcəlləsinin tələblərinə görə, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi də gəlir vergisindən azad olunur.

Azvision.az

Teqlər: Təhsil   Vergi