“11 ayda 81439 nəfər işlə təmin olunub” - Xidmət rəisi

  14 Dekabr 2019    Oxunub : 1600
 “11 ayda 81439 nəfər işlə təmin olunub” - Xidmət rəisi
Cari ilin 11 ayında Dövlət Məşğulluq Xidməti 81439 nəfəri münasib işlə təmin edib, 10 mindən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Azvision.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev deyib.

Onun sözlərinə görə, Xidmət tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilir. F.Musayev bildirib ki, işsiz və işaxtaranlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarının təşkili aktiv məşğulluq tədbirlərindən biridir:

"2019-cu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 2734 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Xidmətin BakıGöyçay şəhərlərindəki Regional Peşə Təhsili Mərkəzləri mühüm maddi-texniki potensiala malik olmaqla peşə hazırlığı işinin təşkilində əhəmiyyətli rol oynayır. 2019-cu ilin 11 ayında peşə hazırlığı kurslarına cəlb edilənlərin 72,5 faizi həmin mərkəzlərin payına düşür".

Azvision.az

Teqlər: ƏƏSMN   Məşğulluq-Xidməti