“Söyüş müxalifəti”nin sonu çatır: Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib - RƏSMİ

 “Söyüş müxalifəti”nin sonu çatır:  Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib -  RƏSMİ
  14 Dekabr 2019    Oxunub:23470
Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.
Bu barədə Azvision.az-a Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.

Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Azvision.az



Teqlər: Elvinİsayev   Deportasiya   Elvin-İsayev  





Xəbər lenti